Mərkəzimizin rəhbərliyinin iştiraki ilə üçəm İbadovların evə yola salınması və onların dünyaya gəlməsində əvəzsiz zəhməti olan mərkəzimizin həkimi Öndər Tulumbacının körpələr haqqında çıxışını Sizlərə təqdim edirik.

Sentyabr ayının 27-sində dünyaya gələn və qədəmləri ilə zəfər müjdəçilərimiz olan üçəm İbadovlar müalicələrini tamamlayaraq sağlam şəkildə evə yola salındı. Ailə ilə vidalaşma zamanı mərkəzimizin direktoru A.B.Həsənov ailəni düşmənə qarşı ilk qələbə günümüzdə üçəm övlada sahip olmaları münasibətilə təbriklərini bildirdi, rəşadətli ordumuzun qələbəsindən və bu çətin günlərdə xalqımızın həmrəyliyindən bəhs etdi. Daha sonra o, uşaqlara öz arzularını və xeyir-duasını çatdırdı. Hər zaman xeyirxah və humanist yanaşma tərzi ilə milyonlarla insanın xeyir duasını qazanmış ölkəmizin Birinci vitse prezidenti Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın xüsusi qayğıkeşliyi nəticəsində Heydər Əliyev Fondu bu səfər də müzəffər ordumuzun əsgərinin zəfər müjdəçisi üçəmlərini diqqətdən kənarda saxlamadı və bütün müalicə xərclərini öz üzərinə götürməklə İbadovlar ailəsinə sevinc bəxş etdi. Xəstəxana rəhbərliyinin iştiraki ilə uşaqların evə yola salınması və onların dünyaya gəlməsində əvəzsiz zəhməti olan mərkəzimizin həkimi Öndər Tulumbacının körpələr haqqında çıxışını Sizlərə təqdim edirik.

Diqər xəbərlər